XƏBƏR LENTİ
08 Dekabr 2021
07 Dekabr 2021
06 Dekabr 2021



Nazir millət vəkili ilə razılaşmadı: Hər şey açıqdır
İqtisadiyyat 14:18 / 19.06.2020

Milli Məclisdə büdcənin icrasının müzakirəsi zamanı səsləndirilən bütün məsələlərin qeydiyyatı aparılıb.

Bunu Maliyyə naziri Samir Şərifov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

S.Şərifov bildirib ki, burada səsləndirilən fikrilər sistemləşdirilərək müvafiq orqanlara təqdim olunacaq:

"Nəticəsi barədə isə Milli Məclisə məlumat veriləcək”.

Nazir həmçinin deputat Qüdrət Həsənquliyevin səsləndirdiyi fikirlərlərlə razılaşmadığını deyib:

"Ola bilsin ki, Qüdət Həsənquliyev bu işi dərindən araşdırmayıb, məlumat almayıb. Qənaət məsələsində hər şey açıqdır. Ən böyük qənaət sosial təlabatdan formalaşıb. Amma bu məsələnin də səbəbi var. Yığımların artması şəffaflığın yaranması ilə bağlıdır”.

Qeyd edək ki, Qüdrət Həsənquliyev çıxışında büdcə qənaətinin kasıblardan kəsildiyini bildirmişdi:

"Kasıb insanların pulunu kəsib qənaət etmək, onları dövlətdən narazı salmaq olmaz. Qənaəti o qotur danaları bazar qiymətindən baha alıb kasıba yardım kimi verən nazirlərdən etmək lazımdır. O danaları qardaşının şirkəti vasitəsilə alırdı. Büdcədən ayrılan pulları xərcləmək lazımdır. Varlının pulu, kasıbın canı gedir. Bu cür yanaşma doğru deyil”.


7261 oxunub

InvestAZ