XƏBƏR LENTİ
09 İyul 2020
08 İyul 2020



Mazandaran pələngi-İmaməli Həbibi
MƏDƏNİYYƏT 11:17 / 10.06.2020

Qafqaz müsəlmanları Idarəsinin qazisi, Bakının Buzovna Cümə məscidinin axundu, böyük elm-ürfan sahibi Hacı Soltan Əlizadəni geniє təqdim etməyə, məncə ehtiyac yoxdur. Ömrünün 60-cı baharını yaєayan Hacı Soltan 30-a yaxın kitabın müəllifidir. Bu gün çalışdığı məscidin həyətindəki єəxsi kitabxanası bilik xəzinəsi sayılır.

Kitabxana ilə tanış olarkən, nəzərimi bir kitab cəlb elədi. İranın məєhur pəhləvanı İmaməli Həbibi haqqında yazılmış bu kitab məni çox maraqlandırdı. Hacı Soltanın sonuncu əsəri "Mazandaran pələngi- İmaməli Həbibi" haqqında olan bu kitabda qədim tarixə malik olan Təbəristan və Mazandaranın qısaca tarixi, coğrafi mövqeyi, etimologiyası, qədim və müasir dövr alimləri, din xadimlərinin həyatı və digər maraqlı məlumatlar əks olunub. Əsərdə, həmçinin, İmaməli Həbibinin ən yaxın dostlarından Qulamrza Təxti də yad olunub. Kitabı daha da oxunaqlı və baxımlı edən mühüm tarixi faktlarla yanaşı, həm də səhifələrdə əks olunan єəkillər qalereyası idi. Həbibinin gənc və ahıl çağlarında çəkilmiє єəkilləri, qədim məscidlərin fotoları, Mazandaran və ətraf qəsəbələrin dilbər guєələrinin təbiət mənzərələri, bu diyarın digər adlı-sanlı idmançılarının -Behtad Səlimi kimi çempionların da yad edilməsi xüsusi maraq doğurur. Kitabda,həmзinin, qiymətli tarixi məlumatlar, müxtəlif elm və din xadimlərinin dəyərli fikirləri əks olunub. Diqqətimi cəlb edən məqamlardan biri də iki qardaє цlkənin pəhləvanları arasındakı səmimi münasibətlərdən bəhs edilməsi oldu. "İran və Azərbaycan pəhləvanları həmiєə böyük dostluq duyğuları, mehriban qarşılıqlı ələqələr, qırılmaz tellərlə bir-birinə bağlanıblar. Tehran və Bakıda keçirilən yarışlar, dostluq görьєləri XX əsrdə hər iki ölkədə dəyiєən ictimai-siyasi quruluşlardan asılı olmayaraq, qarşılıqlı maraq və diqqət єəraitində keзir. Bu dostluq və qarşılıqlı anlamanın bünövrəsini зoxəsrlik tarixi və coğrafi birlik, musiqi, ədəbiyyat, incəsənət mьєtərəklliyi, dini təriqətin eyniliyi və əsasən İran pəhləvanları çərgəsində soydaşlarımızın çoxluğu faktoru təşkil edir." Kitabı oxuyan hər kəs burada verilən dəyərli ensiklopedik məlumatlar, Azərbaycan və İran pəhləvanlarının həyatı və digər maraqlı yeniliklərlə tanıє ola bilərlər. Amma єьbhəsiz ki, burada diqqəti daha зox cəlb edən unikal və tarixi önəmə malik єəkillərdir. İmaməli Həbibinin ahıl çağlarını əks etdirən rəngli fotoєəkilləri, "Mazandaran pələngi" filmindən pəhləvanın döyüş səhnələrini əks etdirən kadrlar, İmaməlinin yarış pilləsinin zirvəsində əks olunmuş, yarış zamanı gərgin mübarizəni göstərən, dostu ilə зəkdirdiyi єəkillərdir. Hacı Soltan Hüseynqulu oğlu Əilzadənin böyük zəhmət bahasına ərsəyə gətirdiyi "Mazandaran pələngi-İmaməli Həbibi" kitabını oxumağı hər kəsə tövsiyə edirik. Həm bədii zövq hiss edəcək, həm də şanlı idman tarixinin qəhrəman "əsgərləri" ilə tanış olmaq imkanı əldə edəcəksiniz.

Mirzəağa Məmmədli

tədqiqatçı - jurnalist



1376 oxunub

InvestAZ