XƏBƏR LENTİ
06 İyun 2020
05 İyun 2020
04 İyun 2020



Azərbaycanda itkin düşən 12 yaşlı oğlanın parçalanmış meyiti tapıldı - YENİLƏNİB
KRİMİNAL 11:34 / 22.05.2020

Oğuzda itkin düşən oğlanın meyiti tapılıb. Onu ayının parçaladığı ehtimal olunur.

Oxu.Az-ın məlumatına görə, 2008-ci il təvəllüdlü Cəbrayıl Vüsal oğlu Məmmədlinin meyiti meşəlik ərazidə aşkarlanıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları meyitin tapıldığı əraziyə yollanıb.

08:45

Mayın 21-də Oğuz rayonunun Xaçmaz kəndində 13 yaşlı yeniyetmə itkin düşüb.

APA-nın məlumatına görə, kənd sakini, 2007-ci il təvəllüdlü Cəbrayıl Vüsal oğlu Məmmədov bostan sahəsini suvarmaq üçün ərazidən keçən çay sahilinə gedib və bir daha geri qayıtmayıb.

Hadisə ilə bağlı polisə məlumat verilib. Hazırda onun tapılması istiqamətində axtarış tədbirləri aparılır.


569 oxunub

InvestAZ