XƏBƏR LENTİ
06 İyun 2020
05 İyun 2020
04 İyun 2020



Azərbaycanda koronavirusa 118 yoluxma faktı qeydə alınıb, 87 nəfər sağalıb, 1 nəfər vəfat edib
Gündəm 17:15 / 21.05.2020

Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 118 yoluxma faktı qeydə alınıb, 87 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenises.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1956-cı il təvəllüdlü vətəndaş vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 3749 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2340 nəfər müalicə olunaraq sağalıb, 44 nəfər vəfat edib, 1365 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 42 nəfərin vəziyyəti ağır, 60 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 252.496 test aparılıb.


549 oxunub

InvestAZ