XƏBƏR LENTİ
28 Oktyabr 2021
27 Oktyabr 2021
26 Oktyabr 2021



“Avroviziya” təmsilçimiz açıq-saçıq rəqsi ilə gündəmdə - VİDEO
Şou biznes 09:59 / 16.05.2020

Azərbaycanı 2016-cı ildə Stokholm şəhərində keçirilən 61-ci "Avroviziya” beynəlxalq mahnı müsabiqəsində "Miracle” mahnısı ilə təmsil edənmüğənni Səmra Rəhimli yeni layihəsi üçün kamera önünə keçib.

Oxu.Az xəbər verir ki, klip çəkilişlərinə başlayan ifaçı xarici mahnı sədaları altında ehtiraslı rəqsi ilə diqqət çəkib.

Açıq-saçıq kamuflyaj kostyumda, qeyri-adi saç düzümü və alnına çəkdirdiyi böyük göz işarəsi ilə özünü videoya çəkən Səmra görüntülərini sosial media hesabında izləyiciləri ilə bölüşüb.

Səmranın imic dəyişimi üzərində məşhur stilist və vizajist Elnur Həsənov çalışıb.

S.Rəhimlinin "Parlayıram brilyant kimi,qururam pis plan” şərhi ilə paylaşdığı video sosial media əhlinin qəzəbinə tuş gəlib.

Onlar "Şeytana oxşayırsan”, "Özünü Cardi Bi-yə oxşadırsan?”, "Necə də seksualsan”, "Baş gedib. Bədən qalıb yiyəsiz” kimi rəylərlə müğənnini şərh yağışına tutublar.

S.Rəhimli yazılan mənfi rəylərə heç bir reaksiya verməyib.



8415 oxunub

InvestAZ