XƏBƏR LENTİ
08 Dekabr 2021
07 Dekabr 2021
06 Dekabr 2021



Çempionat bərpa olunur - Rəsmi
İDMAN 11:35 / 08.05.2020

Bolqarıstan çempionatının bərpa tarixi rəsmən bəlli olub.

Yarış iyunun 5-də bərpa olunacaq. Bu barədə Bolqarıstan Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Komandalar mayın ortalarında məşqlərə başlayacaqlar. Çempionatın iyulun 11-də yekunlaşdırılması planlaşdırılır. Mövsümün qalan matçları azarkeşsiz keçiriləcək.

Qeyd edək ki, koronavirus pandemiyasına görə 24-cü turda dayandırılan Bolqarıstan çempionatında lider "Ludoqorets” bir oyun az keçirməsinə baxmayaraq, əsas rəqibləri "Lokomotiv” (Plovdiv), "Levski” (Sofiya) və ÇSKA-nı (Sofiya) 9 xal qabaqlayır.


8253 oxunub

InvestAZ