XƏBƏR LENTİ
30 Noyabr 2021
29 Noyabr 2021
28 Noyabr 2021



Neymar 100 milyon avrodan imtina etdi - "Barselona"ya görə
İDMAN 11:15 / 05.05.2020

PSJ-nin futbolçusu Neymar "Barselona"ya keçmək üçün maaşının azaldılmasına hazırdır.

Bu barədə "Mundo Deportivo" məlumat yayıb. Bildirilib ki, braziliyalı hücumçu Kataloniya klubuna transferini sürətləndirmək üçün PSJ-nin yaxşılaşdırılmış şərtlərlə - 100 milyon avro mükafatla yeni müqavilə təklifini rədd edib.

Qeyd olunub ki, 28 yaşlı oyunçu "Barsa"ya qayıtmaq üçün maaşının 50 faizində imtina etməyə hazırdır. Nəşr yazıb ki, PSJ müqavilənin müddətiniuzatmaq istəməyən Neymarın qiymətini aşağı sala bilər.

Qeyd edək ki, Neymarın Paris təmsilçisi ilə müqaviləsi 2022-ci ilin yayında başa çatır.


7692 oxunub

InvestAZ