XƏBƏR LENTİ
03 Dekabr 2021
02 Dekabr 2021
01 Dekabr 2021



KİV: “Formula-1” üzrə Azərbaycan Qran-Prisinin keçirilə biləcəyi mümkün tarix açıqlandı” - FOTO
İDMAN 16:10 / 28.04.2020

"Formula-1”in 2020-ci il mövsümü təqviminin yeni versiyası təqdim olunub.

Bu barədə Almaniyanın nüfuzlu "Bild” nəşri yazıb.

Nəşr 17 mərhələnin əks olunduğu təqvimi paylaşıb.

Artıq ləğv edilmiş Avstraliya, Monako və Fransa yarışları ilə yanaşı, cədvəldə İspaniya, Kanada, Belçika, İtaliya və Niderland mərhələləri də göstərilməyib.

"Bild”in təqdim etdiyi məlumat təsdiqini tapacağı halda, İtaliya Qran-Prisi yarışların bütün tarixi ərzində ilk dəfə F1 təqviminə salınmayacaq.

Cədvəldə Macarıstanın paytaxtı Budapeştdə bu mövsüm iki yarışın keçiriləcəyi bildirilir.

Nəşrin yaydığı cədvələ əsasən, "Formula-1” üzrə Azərbaycan Qran-Prisi sentyabrın 6-da keçiriləcək.


8233 oxunub

InvestAZ