XƏBƏR LENTİ
08 Dekabr 2021
07 Dekabr 2021
06 Dekabr 2021



Karantin rejiminin yumşaldılması Bakıda daşınmaz əmlak bazarına təsir etmir - Ekspert
İqtisadiyyat 14:06 / 28.04.2020

Azərbaycanda aprelin 27-dən etibarən karantin rejiminin yumşaldılmasının daşınmaz əmlak bazarında aktivliyin artmasına təsiri yoxdur.

Bu barədə Trend-ə açıqlamasında "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov deyib.

N.İbrahimov qeyd edib ki, daşınmaz əmlak bazarının aktiv iştirakçıları rieltor şirkətləridir:

"Onların işləməsinə hələ ki icazə verilmir. Eyni zamanda qiymətləndiricilərin də işləməsinə icazə verilmir. Alıcılar və satıcılara gəlincə isə, bunların da hərəsinə evdən çıxmaq üçün 3 saat vaxt verilir. Bu zaman ərzində evin alqı-satqısını reallaşdırmaq çətindir. Bu baxımdan karantin rejiminin yumşaldılması daşınmaz əmlak bazarına hələ ki təsir etmir”.

Ekspert bildirib ki, bu gün daşınmaz əmlak bazarında aktivlik ən aşağı səviyyədədir:

"Bu səbəbdən qiymətlər barədə nəsə demək çətindir. Daşınmaz əmlak bazarında aktivlik yalnız əsas bazar iştirakçılarına işləməyə icazə verildikdən sonra müşahidə edilə bilər”.



7282 oxunub

InvestAZ