XƏBƏR LENTİ
07 Dekabr 2021
06 Dekabr 2021
05 Dekabr 2021



"Hamımız istəyirik ki, çempionat bərpa olunsun" - Əliyar Ağayev
İDMAN 15:16 / 14.04.2020

"Biz də hamı kimi gözləmə mövqeyini tutmuşuq. Əlimizdən gələn qədər çalışırıq ki, ev şəraitində məşq edək. Aprelib 5-dək bayırda qaça, məşq edə bilirdik. Amma məlum səbəblərdən, yəni, qaçmaq icazəsi olmadığına görə ancaq evdə müəyyən məşqlər keçirik. Həm yerli mütəxəssis, həm də UEFA tərəfindən bizə proqram verilib. Onlara uyğun məşq keçirik ".

Bu sözləri FİFA kateqoriyalı hakim Əliyar Ağayev deyib.

Hakimlərin oyunlardan gəlir əldə etdiyini söyləyən referi onlara AFFA tərəfindən maddi köməklik göstəriləcəyini bildirib:"Hakimlərin 95 faizi yalnız qonorar sistemi ilə qazanc əldə edir. Amma deyiblər ki, AFFA tərəfindən də bütün hakimlərə köməklik göstəriləcək".

O, çempionatın bərpa olunacağı halda formaya qayıtmaq üçün müəyyən zamana ehtiyaclarının olduğunu deyib:

"Biz hamımız istəyirik ki, çempionat bərpa olunsun. Amma təbii ki, əsas məsələ sağlamlıqdır. Ölkə rəhbərliyi və AFFA hansı qərarı versə, biz də ona hörmətlə yanaşacağıq. Məcburən bu qərara riayət etməli olacağıq. Amma bərpa olunarsa, bütün komandalar kimi hakimlərə də müəyyən bir müddət lazımdır ki, əvvəlki fiziki durumumuza qayıda bilək. Bir müddət məşq edəndən sonra biz artıq çempionat oyunlarına qayıda bilərik. Düzdür, futbolçularda bu proses daha çətindir və bizimkindən daha çox zaman apara bilər. Amma bizə də ən azından müəyyən vaxt lazımdır ki, hamı ümumi formaya qayıtsın. Çünki yalnız evdə məşq etməklə ümumi formanı saxlamaq çətindir".


8670 oxunub

InvestAZ