XƏBƏR LENTİ
03 Dekabr 2021
02 Dekabr 2021
01 Dekabr 2021



Çempionatın ləğvi səsverməyə çıxarılacaq
İDMAN 11:00 / 09.04.2020

Şotlandiyada koronavirus pandemiyasına görə yarımçıq dayandırılan çempionatların taleyi səsvermə yolu ilə müəyyənləşəcək.

Bu barədə Britaniyanın "The Guardian" nəşri məlumat yayıb.

Ölkənin 2, 3 və 4-cüiqalarının ləğv olunub-olunmamasının səsverməyə çıxarılacağı bildirilir. Səsvermədə sözügedən liqalarda mübarizə aparan 42 klub iştirak edəcək.

Həmin klublar mövsümün ləğvinə qərar versələr, çempionatlar dayandırıldığı günə olan vəziyyətə uyğun başa çatmış elan olunacaq.

Yüksək liqa iləbağlı ayrı bir toplantı keçiriləcəyi də bildirilib. Elita təmsilçiləri də mövsümün ləğvinə razılaşsalar, turnir cədvəlindəki mövcud vəziyyət nəzərə alınacaq. Belə olan halda "Seltik” çempion elan olunacaq. Hazırda bu komanda 80 xalla zirvədə qərarlaşıb.


12686 oxunub

InvestAZ