XƏBƏR LENTİ
08 Dekabr 2021
07 Dekabr 2021
06 Dekabr 2021



FIFA-dan "transfer pəncərəsi" və müqavilələrlə bağlı - Yeni qərarlar
İDMAN 11:27 / 08.04.2020

FIFA koronavirusa görə futbolçuların müqavilələri və "transfer pəncərələri" ilə bağlı yeni qaydaları açıqlayıb.

Milli çempionatlarda "transfer pəncərələri"nin bağlanma və açılma vaxtlarının dəyişdirilməsinə icazə verilib. "Transfer pəncərələri"nin dəqiq vaxtı daha sonra açıqlanacaq.

Bundan başqa, sözləşməsi 2020-ci ilin iyun ayında başa çatacaq futbolçular və məşqçqilərlə müqavilənin çempionat bitənədək uzadılacağı bildirilib.

Mövsümlər və qeydiyyat tarixləri üst-üstə düşdükdə və tərəflər razılığa gələ bilmədikdə milli liqaların başa çatmasını təmin etmək üçün üstünlük futbolçuların hazırda çıxış etdikləri klublara verilməlidir.

Həmçinin, FİFAoyunçuları və klubları maaşların azaldılması ilə bağlı razılığa gəlməyə çağırıb.


7945 oxunub

InvestAZ