XƏBƏR LENTİ
03 Dekabr 2021
02 Dekabr 2021
01 Dekabr 2021



Doqquz güləşçimiz TOP-10-da
İDMAN 13:02 / 04.04.2020

Güləşçilərin reytinqi açıqlanıb.

Sərbəst güləş millimizdən dörd nəfər reytinqin ilk onluğunda qərarlaşıb.

Belə ki, Ağahüseyn Mustafayev (70 kq) 8-ci, Cəbrayıl Həsənov (79 kq) 2-ci, Şərif Şərifov (97 kq) 3-cü və Cəmaləddin Məhəmmədov (125 kq) 4-cüdür. Onlardan Olimpiya çempionumuz Şərif Şərifov ötən ay ikinci pillədəki yerini amerikalı Olimpiya çempionu Kayl Sneyderə verməli olub.

Yunan-Roma güləşində ilk onluqda millimizin üzvlərindən yalnız üç idmançı var. Eldəniz Əzizli (55 kq) 4-cü, Sənan Süleymanov (77 kq) 9-cu və Rafiq Hüseynov (82 kq) 2-ci yerdədir. İlk iki güləşçimiz əvvəlki reytinqlə müqayisədə bir pillə geriləyib.

Qadın güləşində isə iki idmançımız ilk onluqda qərarlaşıb. Mariya Stadnik (50 kq) 2-ci və Elis Manolova (65 kq) 3-cü pillədəki yerini qoruyub.


7277 oxunub

InvestAZ