XƏBƏR LENTİ
08 Aprel 2020
07 Aprel 2020



Neft 20 dollara düşərsə, ərəb ölkələri "tükənəcək"
DÜNYA 11:24 / 25.03.2020

Səudiyyə Ərəbistanı  və qonşuları yaxın zamanda ciddi maliyyə problemləri ilə üzləşə bilər.

Bunu "Blumberq"in yazarı Devid Finklinq qeyd edib. O bildirib ki, mövcud müharibə körfəz ölkələrindəki qeyri-sabit iqtisadiyyatın ağır veksellərlə qarşılaşmasını sürətləndirəcək.

BVF-nin hesabatında 2014-2018-ci illərdə Qətər, Küveyt, BƏƏ, Səudiyyə, Bəhreyn və Omanın maliyyə aktivlərinin əhəmiyyətli dərəcədə azaldığına diqqət çəkən müəllif bu 6 ölkənin aktivlərinin 4 il ərzində təxminən yarım trilyon dollar azalaraq, 2 trilyon dollara düşdüyünü bildirib:

"Əgər neftə tələbat zirvəsinin ən tezi 2040-cı ilin əvvəlində olacağını nəzərə alsaq, BVF-nin mütəxəssislərinin fikirinə görə, bu pul 2034-cü ilə qədər kifayət edəcək. Ancaq neftin 1 barreli 20 dollar olacağı təqdirdə aktivlər daha sürətlə tükənəcək və 2027-ci ildə bu ölkələrin kassaları boşalacaq”.


339 oxunub

InvestAZ