XƏBƏR LENTİ
01 Aprel 2020
31 Mart 2020



İş adamını siyasətə cəlb etməkdə məqsəd nə idi?
YAZARLAR 09:20 / 17.03.2020

Yenises.az-a yazırlar

Dünən iş adamı Mübariz Mənsimova azadlıq petisiyasına yüzlərlə azərbaycanlı kimi mən də imza atdım. Təki toplanan imzalar xeyirə vəsilə olsun! Düzü, son parlament seçkilərindən az sonra onun Fuad Abbasovla canlı yayımda dediyi fikirləri xatırladım. Çünki vətəndən kənarda uğuralarına sevindiyim Mübariz bəydən o canlı söhbətdə dediyi "şeytan” ifadəsini təbii ki, Fuaddan savayı heç kim gözləmirdi.

Amma indi düşünürəm: Rusiyadan 50 il müddətinə (?) "qovulmuş” Fuad Abbasovun duputat olmasını arzulayan azərbaycanlı iş adamı niyə Hüseynbala Mirələmovu "şeytan” adlandırdı?

Yaxud Fuad Abbasovun uzaqdan-uzağa Mübariz Mənsimovu Azərbaycanın siyasi arenasına çəkməkdə əsas məqsədi nəydi? Əgər Fuad Mübariz bəyin xətrini gerçəkdən istəyirdisə, onda niyə onun adına-sanına yaraşmayan "şeytan” ifadəsini Misra TV-nin YUTUBdakı "yaddaşından” silmədi?

Biz isə həmin canlı yayımdan bir həftə sonra Mübariz bəyin səhhətinin pisləşməsinə, sonra əməliyyat olunmasına, indi də həbsinə çox təəssflənirik. Bu gün adamı daha bir cavabsız sual da düşündürür. Mübariz bəyin şeytan ifadəsi daha çox kimə yaraşır? Rusiyadan Azərbaycana departasiya olunduğu 6 ay ərzində ara qarışdıran Fuadamı? Yoxsa dünaya türklərinin lideri Rəcəb Tayyib Ərdoğana xəyanət etmiş FETO ilə əlbir olmaqda suçlanan iş adamı Mübariz Mənsimova?

Fəqət hər şeyin yaxşısını bir olan Allah bilir. Son olaraq arzumuz budur ki, tezliklə haqq-ədalət öz yerini tapsın!

Sevda,

Bakı şəhəri


2521 oxunub

InvestAZ