XƏBƏR LENTİ
30 Noyabr 2021
29 Noyabr 2021
28 Noyabr 2021



Avro-2020 təxirə salınır - Şok iddia
İDMAN 14:01 / 13.03.2020

UEFA koronavirus səbəbindən Avro-2020-nin keçirilməsini təxirə salacaq.

Bu barədə Fransanın "L'Equipe” qəzeti məlumat yayıb.

Avropa ali futbol qurumunun gələn həftənin çərşənbə axşamı toplantı keçirəcəyi və son qərarını verəcəyi bildirilib.

"UEFA Avro-2020-ni 2021-ci ilə keçirmək qərarı verib. Rəsmi açıqlama çərşənbə günü veriləcək”, - məlumatda bildirilib.

UEFA İcraiyyə Komitəsinin üzvü Evelina Kristillin İtaliya mətbuatına açıqlamasında faktı nə təsdiq, nə də təkzib edib:

"UEFA bir idman təşkilatıdır və hökumətdən gələn təlimatlara riayət edir. Hazırda Avro-2020 ilə bağlı qərar verilməyib, amma sabah fərqli şeylər ola bilər. Qəti qərar vermək mümkün deyil. Rəsmilər əllərindən gələni edir. Çempionlar Liqası və UEFA Avropa Liqası da eyni vəziyyətdədir”.

Qeyd edək ki, təxirə salınmasa, Avro-2020 iyunun 12-də start götürəcək. Avropanın 24 komandasının iştirak edəcəyi yarışda açılış oyunu İtaliyanın Roma şəhərində olacaq. Bakı da çempionata ev sahibliyi edəcək. Belə ki, yarışın 4 görüşü (3 qrup və bir ¼) paytaxtımızda keçiriləcək.


9782 oxunub

InvestAZ