XƏBƏR LENTİ
08 Dekabr 2021
07 Dekabr 2021
06 Dekabr 2021



Türkiyə "Avro-2020"yə ev sahibliyi edə bilər
İDMAN 17:28 / 12.03.2020

Türkiyə Avro-2020-yə ev sahibliyi edəcək ölkələrdən biri ola bilər.

Bu barədə İtaliyanın "La Repubblica" nəşri məlumat yayıb. Bildirilib ki, koronavirusun sürətlə yayıldığı İtaliyadan ev sahibliyinin alınaraq Türkiyəyə verilməsi mümkündür.

Türkiyə 2018-ci ildə Avro-2024-ə ev sahibliyi etmək üçün namizədliyini versə də, sonda bu hüquq Almaniyaya verilmişdi.

Xəbərdə o da qeyd olunub ki, Avro-2020-nin gələcəyi iləbağlı iclas sabah keçiriləcək. Turnirlə bağlı variantlar sırasında Avro-2020nin 2021-ci ildə keçirilməsi, iyun yox, iyulda başlaması, ev sahibi ölkələrin dəyişdirilməsi və turnir matçlarının azarkeşsiz oynanılmasının olduğu iddia olunur.


7910 oxunub

InvestAZ