XƏBƏR LENTİ
02 Dekabr 2021
01 Dekabr 2021



6 yaşlı gimnastımız beynəlxalq turnirdə ilk medalını qazandı
İDMAN 18:01 / 09.03.2020

Macarıstanın Budapeşt şəhərində ənənəvi "Bahar kuboku-2020” bədii gimnastika üzrə beynəlxalq turniri keçirilib.

Trend-in məlumatına görə, Macarıstan, Rusiya, Avstriya, Xorvatiya, Almaniya, Slovakiya, Kipr, Ukrayna və Sloveniyanın iştirak etdiyi bu yarışmada Azərbaycanı təmsil edən idmançıların sırasında yarışın ən kiçik iştirakçı Dəniz Abbasovanın debütu diqqət çəkib.

2014-cü il təvəllüdlü gimnastlar arasında 3-cü yerə layiq görülən azyaşlı təmsilçimiz bu yarışa Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, modelyer Gülnarə Xəlilovanın məxsusi olaraq bu çıxış üçün hazırladığı və milli ornamentlərlə zəngin idman geyimində qatılıb.

Balaca həmyerlilərimiz - Mina və Dəniz Abbasovalar, əkiz bacılar - Əsmər və Sofiya Seyidovalar ümumilikdə turnirdə 3 qızıl, 2 gümüş, 1 bürünc qazanıblar.


7615 oxunub

InvestAZ