XƏBƏR LENTİ
07 Dekabr 2021
06 Dekabr 2021
05 Dekabr 2021



AFFA-dan baş məşqçiyə 20 oyunluq cəza
İDMAN 17:08 / 03.03.2020

AFFA U-17 Liqasında yarışan "Xəzər Lənkəran” komandasının baş məşqçisi Ağadadaş Həmidova sərt cəza tətbiq edib.

Bununla bağlı qurumun İntizam Komitəsi qərar çıxarıb. Müvafiq qərar AFFA-nın saytında açıqlanıb.

Qərarda qeyd edilir ki, fevralın 29-u U-17 Liqasında keçirilən "Xəzər Lənkəran” - "Qarabağ” oyununun 87-ci dəqiqəsində meydan sahibi komandanın baş məşqçisi Ağadadaş Həmidov köməkçi hakimi təhqir etdiyi üçün qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb. Qarşılaşmanın 90-cı dəqiqəsində isə o, yenidən meydana daxil olaraq,köməkçi hakimə fiziki təzyiq göstərib, ayaqla zərbə endirib. Bu səbəbdən məşqçi 20 oyunluq cəzalanıb.


8119 oxunub

InvestAZ