XƏBƏR LENTİ
02 Dekabr 2021
01 Dekabr 2021



AFFA rəhbərliyi futbol veteranları ilə görüşdü
İDMAN 16:58 / 28.02.2020

Bu gün Futbol Veteranları İttifaqının təşəbbüsü ilə Bakı Biznes Mərkəzində veteran futbolçularla görüş keçirilib.

Görüş media üçün qapalı keçirilib. AFFA-nın rəsmi saytının yaydığı şəkillərdən görünür ki, görüşə Azərbaycanın bir çox futbol veteranı dəvət ediib. Onların sırasında son aylar federasiyaya müxalif mövqedə duran Nazim Süleymanov və Samir Ələkbərov da olub.

Yayılan rəsmi açıqlamada yalnız o bildirilib ki, görüşdə AFFA-nın İcraçı vitse-prezidenti Elxan Məmmədov, vitse-prezident Vaqif Sadıqov, İcraiyyə Komitəsinin üzvləri Kazbek Tuayev, İsgəndər Cavadov və ittifaqın sədri Oqtay Abdullayev iştirak ediblər. Əvvəlcə ötən dövrdə dünyasını dəyişən veteran futbolçuların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan O.Abdullayev görüşün əhəmiyyətindən bəhs edib. Daha sonra AFFA-nın İcraçı vitse-prezidenti Elxan Məmmədov çıxış edərək AFFA rəhbərliyinin veteran futbolçulara daim qayğı və həssaslıqla yanaşdığını, bundan sonra da onların problemlərinin həlli istiqamətində çalışacaqlarını bildirib. Daha sonra İcraiyyə Komitəsinin üzvləri İsgəndər Cavadov, Kazbek Tuayev və Vaqif Sadıqov çıxış ediblər. Veteran futbolçular onları qayğılandıran məsələlərdən bəhs edib, təkliflərini bildiriblər.

Görüşdə veteran futbolçuların statusu ilə bağlı əsasnamənin hazırlanması məsələsi də müzakirə olunub.


9664 oxunub

InvestAZ