XƏBƏR LENTİ
02 Dekabr 2021
01 Dekabr 2021



Mariya Şarapova karyerasını başa vurdu
İDMAN 18:17 / 26.02.2020

Rusiyalı tennisçi Mariya Şarapova karyerasını başa vurub.

Bunu 33 yaşlı ulduz idmançının özü açıqlayıb.

M.Şarapova "Vanity Fair” nəşrindəki yazısında böyük idmanla vidalaşdığını bəyan edib. O, "Tennis – mən əlvida deyirəm” sözləri ilə karyerasına nöqtə qoyub.

Qeyd edək ki, peşəkar karyerasına 2001-ci ildə başlayan tennisçi bu müddətdə 645 qələbə qazanıb, 169 məğlubiyyət alıb. Kortlarda çıxış etdiyi müddətdə 37 milyon 546 min 423 dollar mükafat əldə edən M.Şarapova 5 dəfə "Böyük dəbilqə” turnirlərinin qalibi olub. Rusiyalı 2004-cü ildə "Uimbldon”, 2006-cı ildə ABŞ, 2008-ci ildə Avstraliya, 2012 və 2014-cü illərdə Fransa açıq çempionatının qalibi olub. Apasport.az



7756 oxunub

InvestAZ