XƏBƏR LENTİ
29 İyun 2022
28 İyun 2022
27 İyun 2022
26 İyun 2022



Ağaevli Əli Hacı : -Hər başın öz havası var
Ədəbiyyat 09:19 / 23.06.2022
Oynadığın nə havadı ?!
Səs-küyünə yer tərləyir.
Havadakı baxışların
ayrılığı sərgiləyir !
Ömrə ağzın dolu gəlb,
qaytarmıram geri daha!
Mənə bir eşq havası çal,
gir dinimə,bat günaha !
Bu gün sözüm piyadadı,
sənin halın at üstədi !
Bu yaza bir payız oxu,
yaz payızı üstələdi !
Dəyiş bu ömrün havasın,
qanım qaralır,içirəm !
Dur, göz yetir gündüzümə
günüm daralır,içirəm !
Cüt olmaq da hər iş deyil,
təklərin də qoşası var !
Oyna,düşür sümüyünə
başın öz havası var

2604 oxunub

InvestAZ