XƏBƏR LENTİ
29 İyun 2022
28 İyun 2022
27 İyun 2022
26 İyun 2022



Qobustan sakini həmkəndlisini güllələdi
KRİMİNAL 13:22 / 22.06.2022

Qobustan sakini həmkəndlisini güllələyib.

Bu barədə Yenises.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, iyunun 21-də Qobustan rayonunun Xilmilli kəndi ərazisində kənd sakini İ.Yusibov sərxoş vəziyyətdə xuliqanlıq zəminində həmkəndlisi S.Qardaşəliyevin istiqamətində ov tüfəngindən atəş açaraq ona yüngül xəsarət yetirib.

Qobustan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində İ.Yusibov saxlanılıb, ondan müvafiq sənədləri olan "Churchill” markalı ov tüfəngi götürülüb.


1339 oxunub

InvestAZ