XƏBƏR LENTİ
29 İyun 2022
28 İyun 2022
27 İyun 2022
26 İyun 2022



“Qoçəhmədlidəki evimi Nanəyə vermişəm, sözüm sözdür..."
MƏDƏNİYYƏT 08:55 / 20.06.2022
"Ürəyimdə qalan bütün arzulara çatmışam. Oğlum həbsxanada yatıb çıxdı, oğul həsrətim bitdi. Bu ürəyimdə böyük bir nisgil idi. Yuxularımda görürdüm onu, ağlayırdım. Artıq arxayın ölə bilərəm. Allaha yalvarıram ki, mənim canımı tez alsın, incitməsin. Azərbaycan xalqı dünyaya səs saldı. O da şəhidlərimizin, dövlətimizin sayəsində oldu. Cəngavər, qəhrəman yetişdirən şəhid analarının qarşısında baş əyirəm”.
Yenises.az  bildirir ki,  bunu Moderator.az-a açıqlamasında məşhur xanəndə, əməkdar artist Süleyman Abdullayev deyib. O daha sonra əlavə edib.
 
"Bəzən deyirlər ki, niyə bu yaşda oxumursan? Vaxtilə çox oxumuşam, muğamı, sənəti təbliğ etmişəm. Vallah indi oxumağa həvəsim yoxdur. O daxildən gəlməlidir. Gərək gəlsin, zorla oxumaq oxumaq deyil. O oxumağı təhqir edir. Yaxşı muğam oxuyanda gözümdən yaş gəlir. Bu mənim özümdən asılı deyil. Mən əl tutan adam olmuşam, kasıbların toyuna gedəndə pul danışmamışam, amma ondan da yaxşı yola salıblar məni” deyə sənətkar bildirib.
 
Xanəndə daha sonra sevdiyi aparıcılardan danışıb.
 
"Bütün televiziyaları izləyirəm, bəyəndiyim aparıcılar çoxdur. Zaur Baxşəliyev bizi həm ağladır, həm də güldürür. Xəstələrə gör nə qədər kömək edir. Həmçinin də Elgiz Əkbər, Xoşqədəm Baxşəliyeva. Əllərindən gələni xalq üçün edirlər. Onlar artıq öz heykəllərini sağlıqlarında qoyublar. Kim nə deyirsə desin. Xalqa yanan insanlardır, iş görürlər. Nanə Ağamalıyeva isə musiqimizin, muğamlarımızın təbliğatına çalışır. O görün nə qədər sənətkarları efirlərə dəvət edir, onlar üçün verilişlər hazırlayır. Mən ona dedim ki, "Nanə, rayondakı, Qoçəhmədlidəki evimi verirəm sənə”. O boyda ev vermişəm ona. O da dedi ki, "ay Dədə, orada ev qalıb ki?” Sözüm sözdür vallah (gülür)” deyə sənətkar bildirib.
 
Ads by 
0
Reklamınızı SmartBee ilə effektiv edin.


2326 oxunub

InvestAZ