XƏBƏR LENTİ
09 Avqust 2022
08 Avqust 2022



Ayaz ARABAÇI: -Unudulmaz adam...
Ədəbiyyat 07:23 / 20.06.2022

Ocaq adamıydı köz adamıydı,
Ağır, ağayana söz adamıydı,
Qərib ruhumuzun öz adamıydı,
Yaxşı adamlardan biri də getdi.
O bir yenilməzlik iradəsiydi,
Dağ olsa köksündə əridəsiydi,
Vətənin kişilik xəritəsiydi,
Yaxşı adamlardan biri də getdi.
Yığıb bu dünyanın dərdi sərini,
Silib son nəfəsdə alın tərini,
Boğub göz yaşına sevənlərini,
Yaxşı adamlardan biri də getdi..
Doymazdıq ruhunun mənzərəsindən,
Bir günəş doğardı hər zərrəsindən,
Getdi xalqımızın xəzinəsindən,
Yaxşı adamlardan biri də getdi..
Dəli Kürüydülər, Arazıydılar,
Dəyərdə, qiymətdə almazıydılar,
Onsuz da əvvəldən çox azıydılar,
Yaxşı adamlardan biri də getdi.
Riyazi tənliyim, bədii həllim,
Söhbəti, hörməti, qeyrəti bəllim,
Yaxşı adam idi, Nəsir müəllim,
Yaxşı adamlardan biri də getdi.
Bir 1 nəfər şəkili ola bilər


1907 oxunub

InvestAZ