XƏBƏR LENTİ
29 İyun 2022
28 İyun 2022
27 İyun 2022
26 İyun 2022



Xanəndə Ehtiram Hüseynov Laçında... - VİDEO
MƏDƏNİYYƏT 12:56 / 10.06.2022

Dağlar qoynundakı Ərikli, Qurdqajı, Hacısamlı kəndləri... İşğaldan azad edilmiş Laçın rayonunun füsunkar guşələri...

Tanınmış xanəndə, əməkdar artist Ehtiram Hüseynov ermənilərin viran qoyduğu doğma yurdun ziyarətinə gəlib. Uca dağlar başında özünəməxsus şirin, məlahətli səslə sanki o yerlərin öz sakinlərindən incikliyini ifadə edir: "Küsdürmüsən ey, gəl, könlümü al, yarım...”  Yox, daha küskünlük yoxdur! Ali Baş Komandanın siyasəti, rəşadətli ordumuzun qəhrəmanlığı sayəsində düşməndən döyüşsüz geri alınan Laçına qayıtmağımıza çox az qalıb... 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mətbuat xidmətinin muğam ustasının otuz ildən sonra doğma yurdla görüşünə həsr etdiyi videoçarxı təqdim edirik.

 



5171 oxunub

InvestAZ