XƏBƏR LENTİ
29 İyun 2022
28 İyun 2022
27 İyun 2022
26 İyun 2022



Əbülfət MƏDƏTOĞLU:- BƏZƏN...
Ədəbiyyat 09:47 / 22.05.2022
BƏZƏN...
Bəzən ruhum yüklənir,
Bəzən də sınır ürək...
Bəzən dərdim tüklənir -
Bəzən, olmuram gərək -
Allaha!..
Bəzən kirpiklər küsür,
Bəzən, titrəyir dodaq...
Bəzən diş səbri kəsir -
Yaraşmlr bu boş otaq-
Allaha...
Bəzən xəyal büdrəyir,
Bəzən ümid yol açır...
Bəzən yaddaş kükrəyir ,
Bəzən , hətta yol qaçır -
Allaha!..
Bəzən, bu bəzənlərin,
Bəzi dolmuş buluddu...
Bəzən...bu bəzənlərin,
Bəzi, lap son umuddu-
Allaha!

2211 oxunub

InvestAZ