Küçələri darıxan şəhər
iydə çiçəkləri kimi sirdaşın var
küçələrinin qoynunda addımlamaq,
onlardan keçib getmək necə gözəl olur
yaz gələndə,
ağaclar çiçəkləyəndə...
Küçələrin darıxırmı yenə
ayaq izlərindən,
kölgədən,
səsdən,
nəfəsdən ötrü?
İydə ətrinə bürünən küçələrin
bir az da gözəllikdən,
xoşbəxtlikdən danışsın
darıxanlara, yalnızlara...
Desinlər onlara,
desinlər ki
darıxmayın,
tənhalıqla
baş-başa qalmayın.
Bəlkə nə vaxtsa sizin kimi
sirdaşları olar onların da
darıxmazlar
gözəlliklə dost olarlar,
sirdaş olarlar...