XƏBƏR LENTİ
29 İyun 2022
28 İyun 2022
27 İyun 2022
26 İyun 2022



Əbülfət MƏDƏTĞLU:- Olur?..
Ədəbiyyat 08:59 / 21.05.2022

(Cavabı özündə olan sual...)
Mənim axşam duamın,
Səhər yayımı olur...
Qaydasıdı, yuvamın -
Duam daimi olur!..
Əl açıq, diz də yerdə
Ruh göydə, biz də yerdə...
Gün qoymur iz də yerdə -
Bunun ayımı, olur?!
Dərd sünbül - tellənibsə,
Tellər də yellənibsə...
Damlalar sellənibsə -
Onun sayımı olur?!
Özəldirsə, fərddisə
Abunəsi dərddisə...
Yaşam özü şərtdisə -
Başqa payımı olur...

2455 oxunub

InvestAZ