XƏBƏR LENTİ
29 İyun 2022
28 İyun 2022
27 İyun 2022
26 İyun 2022



Vahid Kirişci Şəhidlər xiyabanını və Bakı Türk şəhidliyini ziyarət edib
Gündəm 17:38 / 19.05.2022

Bu gün Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik naziri Vahid Kirişci  Şəhidlər Xiyabanını və  Bakıdakı  Türk Şəhidliyini ziyarət edib.

Yenises.az xəbər verir ki, Vahid Kirişcini Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov, türk rəsmiləri, həmçinin Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı və səfirliyin nümayəndələri müşayiət edib.

Ziyarət zamanı çıxış edən Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik naziri Vahid Kirişci bildirib ki, Azərbaycanın azadlığı uğrunda mücadilə edən bütün şəhidləri hörmətlə anırlar:

"Sizlərin qəhrəmanlıqları illər sonra 44 günlük Vətən Müharibəsi ilə torpaqlarını işğaldan qurtaran Azərbaycan əsgərlərinə ruh, əzm və güc verdi.

Bu gün adlarınızı Bakının qiymətli məkanında bir daha sayğı və hörmətlə anırıq.

"Azərbaycan" ın sevinci sevincimiz, kədəri kədərimizdir" və "bir millət, iki dövlət" şüarları ilə vücud olan Türkiyə-Azərbaycan qardaşlığı əlbəttə, var olmağa davam edəcək. Azərbaycanın dörd bir yanında yatan şəhidlərimizlə birlikdə, bu qardaş torpaqda rahat uyuyun".


2979 oxunub

InvestAZ