XƏBƏR LENTİ
29 İyun 2022
28 İyun 2022
27 İyun 2022
26 İyun 2022



10 yaşlı bədii qiraətçi
MƏDƏNİYYƏT 09:35 / 19.05.2022

Məktəblinin müəllifi olduğu "Dəmir yumruqlu komandan!” şeiri böyük marağa səbəb olub

Yenises.az  aztv.az-a istinadən xəbər verir ki, Azərbaycan Radiosunun (105 FM) 15 yaşadək məktəblilər üçün elan etdiyi şeir, hekayə və esse müsabiqəsinin qalibləri açıqlanıb.

"Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, müsabiqəyə 350-yə yaxın iştirakçı qatılıb, onlardan 6-sı qalib olub. 3 yer şeir, 3 yer isə nəsr təqdim edən iştirakçılara ayrılıb.

Şeir təqdim edən iştirakçılardan Laçın rayon 21 saylı orta məktəbin 4-cü sinif şagirdi Zəhra İmranlı "Dəmir yumruqlu komandan!” şeiri ilə 1-ci yerə, 7-ci sinif şagirdi Leyla Rəhimli "Bu yol Şuşaya gedir” şeiri ilə 2-ci yerə, 9-cu sinif şagirdi Ədil Məsimov isə "Azad oldu Qarabağ” şeiri ilə 3-cü yerə layiq görülüb.

4-cü sinif şagirdi Aylin Ağazadə "Mənim atam” adlı nəsr nümunəsi ilə 1-ci yerə, Xədicə Allahverdiyeva "Arzu” adlı nəsr nümunəsi ilə 2-ci yerə, Xədicə Əliyeva isə "Şanlı bayraq” nəsr nümunəsi ilə 3-cü yerə layiq görülüb.

QSC sədri Rövşən Məmmədov müsabiqənin qaliblərini qəbul edib. R.Məmmədov ədəbiyyatla maraqlanan məktəbliləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Qeyd edək ki, müsabiqənin ideya müəllifi QSC sədrinin müavini, Əməkdar artist Rafiq Həşimovdur. Müsabiqənin münsiflər heyətinə isə yazıçı Saday Budaqlı, şair Qismət Rüstəmov, Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı, yazıçı Şərif Ağayar, yazıçı-dramaturq Elçin Hüseynbəyli, şair Səlim Babullaoğlu daxil olublar.(Moderator.az)


4700 oxunub

InvestAZ