XƏBƏR LENTİ
25 İyun 2022
24 İyun 2022
23 İyun 2022



Düşmən Kəlbəcəri atəşə tutdu...
MƏMLƏKƏT 09:04 / 18.05.2022

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub.

Bu barədə Yenises.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Belə ki, mayın 17-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd və Aşağı Şorca yaşayış məntəqələrində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yellicə və Barmaqbinə məntəqələri istiqamətlərində yerləşən Ordumuzun mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.


2346 oxunub

InvestAZ