XƏBƏR LENTİ
29 İyun 2022
28 İyun 2022
27 İyun 2022
26 İyun 2022



Əbülfət MƏDƏTOĞLU : - BU SÖNƏN OCAĞIN, ÖLƏN ADAMIN...
Ədəbiyyat 10:20 / 15.05.2022

Gerçəklik sallaşıb ayaqlarımdan,
Xəyalsa sürüyür özünə tərəf...
Sanki ayrılmışam dayaqlarımdan ,
İndi yıxılacam közünə tərəf -
Bu sönən ocağın, ölən adamın...
Vurnuxur, döyükür yadım, yaddaşım
Çatmır uzatdığım əlim heç nəyə...
Kədərdi bu günlər bağır-badaşım,
O da imkan vermir atıb getməyə -
Bu sönən ocağı, ölən adamı...
Üzümdə şırım var - ağ duz yoludu,
Kirpikdə ulduz var güclə parlayır...
Bir az dərə -təpə-dağ- düz yolu var -
Kölgəm seyr etdikcə səssiz xarlayır .-
Bu sönən ocağı, ölən adamı...
Maraqsız yazılır həyat hekayəm
Gəzir bir-birini mübtadə, xəbər...
Mən zaman qurbanı"bədbəxt" heykələm -
Külünü küləklər dörd yana səpər -
Bu sönən ocağın, ölən adamın!..

6458 oxunub

InvestAZ