XƏBƏR LENTİ
17 May 2022
16 May 2022



TDT-yə üzv dövlətlərin nazirlərinin iclası keçiriləcək
SİYASƏT 08:08 / 14.05.2022

Sabah İstanbulda Türk Dövlətlər Təşkilatının (TDT) Media və İnformasiyadan məsul nazirlərin və yüksək vəzifəli rəsmilərin 9-cu iclası keçiriləcək.

Yenises.az xəbər verir ki, toplantıda ölkəmiz Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevin rəhbərlik etdiyi nümayəndə heyəti tərəfindən təmsil olunur.

Toplantı çərçivəsində TDT-yə üzv dövlətlər, Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və müşahidəçi üzv Macarıstan ilə Türkmənistanın dövlət rəsmiləri bir araya gələrək bu sahə üzrə birgə araşdırmalar və layihələr, eləcə də media və kommunikasiya üzrə əməkdaşlığın inkişafı ilə bağlı məsələləri müzakirə edəcəklər.

Proqram çərçivəsində "Türk dünyasında dövlət diplomatiyasının yüksələn gücü: serialı-film sektoru”, "Türk dünyasının rəqəmsal gələcəyi: Metaverse”, "Türk dünyasının gələcəyə ortaq baxışı işığında yayım sektorunda əməkdaşlıq imkanları”, "Həqiqətdən kənar dövrdə dezinformasiya ilə mübarizə” mövzularında panel iclasların keçirilməsi nəzərdə tutulur.

Proqrama rəsmi nümayəndə heyətləri ilə yanaşı, türk dünyasından media və kommunikasiya qurumlarının rəhbərləri, ekspertlər, sənətçilər, sosial media fenomenləri, alimlər və iştirakçı ölkələrin müxtəlif təhsil müəssisələrinin kommunikasiya fakültələrinin tələbələri qatılacaq.

Tədbir son günündə sosial proqramlarla başa çatacaq.(axar.az)


847 oxunub

InvestAZ