XƏBƏR LENTİ
17 May 2022
16 May 2022



YALANIN ŞƏKİLÇİSİ - KƏRAMƏT
Ədəbiyyat 07:59 / 14.05.2022

Bir gün anlarsan məni
onda da çox gec olar
mənə qalsa, heç anlamasan yaxşıdı.
Ürəyinə güllə sıxıb
qəbri üstə gül qoyulan şairin
nəyinə lazımdı bu ..dı, ..du-lar
acaq-əcəklər...
Mənə qalsa, silərəm dilimizdən
keçmiş və gələcək zaman şəkilçilərini
yalanın da şəkilcisi olarmı?
ağrıdan
heyvan kimi böyürərsən
əllərini əllərinə silərlər
Səni bədbəxt eləyib
sonra qas-qas gülərlər
kimsə baxmaz gözlərinin yaşına
danışma boş-boşuna.
pıqqır-pıqqır öz içində qaynarsan
gözlərindən daşarsan
Ölümünlə doğulub
Ölümünlə yaşarsan.
(yarımçıq qaldı, nəsə..
sən də hiss etməlisən)
onsuz da yarımçıq qalır
gördüyüm bütün işlər
heç nə bitmir, yorma özünü boş-boşuna
qalx, uçuracağın evi
...tikməyə başla.

2524 oxunub

InvestAZ