XƏBƏR LENTİ
27 İyun 2022
26 İyun 2022
25 İyun 2022
24 İyun 2022



Kamilə Əliyeva: “Azərbaycanda sperma bankının yaradılması..."
HÜQUQ 21:08 / 25.04.2022
"Ümumiyyətlə, ölkədə sperma bankının yaradılması məsələsinin, hətta müzakirəyə çıxarılmasının belə əleyhinəyəm. Bu, istər milli-mənəvi, istərsə də elmi və dini baxımdan yolverilməzdir. Azərbaycan hüquqi və dünyəvi dövlət olsa da, dinimiz İslamdır. İslama görə, uşağın atası, hətta bəlli olsa da, kəbindənkənar övlad sahibi olmaq haram sayılır. Bütün səmavi dinlərdə belə hallar qeyri-məqbul hesab edilir. Heç kim zəmanət verə bilməz ki, sperma bankının yaradılması gələcəkdə bacı-qardaş nikahlarına səbəb olmayacaq”.
 
Yenises.az  bildirir ki, bunu Pravda.az-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü Kamilə Əliyeva deyib.
 
Deputat qeyd edib ki, bu, gələcəkdə millətin genofundunda fəsadlar törədə bilər: "Nəzərə almaq lazımdır ki, Azərbaycan xalqı bütün dünyaya örnək ola biləcək milli dəyərlərə malikdir. Biz gənclərimizi milli ruhda tərbiyə etməyin vacibliyini hər zaman vurğulayırıq. Azərbaycanda əsrlər boyunca formalaşmış müqəddəs ailə institutu mövcuddur. Hər zaman təbliğ edirik ki, Azərbaycan ailələrində övladlar hər iki valideynin himayəsində böyüməlidirlər. Çünki bu cür uşaqlar Vətənə layiqli vətəndaş kimi böyüyürlər. Onu da qeyd edim ki, mən bir genetik kimi də sperma bankının yaradılmasının əleyhinəyəm. Əks halda, xoşagəlməz hallarla üz-üzə qala bilərik”.

2378 oxunub

InvestAZ