XƏBƏR LENTİ
27 İyun 2022
26 İyun 2022
25 İyun 2022
24 İyun 2022



Azərbaycanda vəzifəli şəxs SAXLANILDI
HÜQUQ 12:23 / 18.04.2022

Göyçay Rayon İcra Hakimiyyətinin (RİH) şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rəşad Şükürov saxlanılıb.

Yenises.az-ın xəbərinə görə, o, bir neçə gün əvvəl Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən tutulub.

Onun korrupsiya cinayəti ilə bağlı saxlanıldığı bildirilir.

Qeyd edək ki, bir müddət əvvəl Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Göyçay RİH-də yoxlamalar başlayıb, bir neçə şəxsin saxlanıldığı barədə məlumatlar yayılmışdı.


1862 oxunub

InvestAZ