XƏBƏR LENTİ
27 İyun 2022
26 İyun 2022
25 İyun 2022
24 İyun 2022



Azərbaycanda general təqaüdə göndərildi
HÜQUQ 19:50 / 04.03.2022

Hərbi prokurorun müavini, Ədliyyə general-mayoru Rasim Kazımov vəzifəsindən azad edilib.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, bununla bağlı baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, R.Kazımov prokurorluqda qulluqda olmanın son yaş həddinə çatdığına görə, tutduğu vəzifədən azad olunaraq prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilib.


2942 oxunub

InvestAZ