XƏBƏR LENTİ
25 İyun 2022
24 İyun 2022
23 İyun 2022



Polşadan vətəndaşlarımız üçün çarter reysləri həyata keçiriləcək - RƏSMİ
HÜQUQ 20:00 / 02.03.2022

"Ukraynadakı vəziyyətlə əlaqədar yaxın günlərdə Polşa sərhədindən keçən Azərbaycan vətəndaşları üçün çarter reyslərinin həyata keçirilməsi planlaşdırılır”.

Bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva keçirilən brifinqdə bildirib.

O, Polşa istiqamətində vətəndaşların sərhədi keçməsi ilə bağlı da danışıb:

"Söhbət çoxsaylı insanların sərhəd məntəqəsinə toplanmasından gedir. Kilometrlərlə növbə formalaşır və insanlar gözləməli olurlar. Vətəndaşlarımızdan xahiş edirik ki, sərhədi keçdikdən sonra səfirliklə əlaqə saxlayıb, qeydiyyata alınsınlar”.

O qeyd edib ki, təəssüf ki, baş verən hadisələr zamanı həyatını itirən soydaşlarımız da olub:

"Son məlumata görə, beş nəfər vətəndaşımız vəfat edib. Ukraynada olan vətəndaşlarımızdan xahiş edirik ki, hərbi qüvvələrin cəmləşdiyi yerlərdən uzaq olsunlar”.


7135 oxunub

InvestAZ