XƏBƏR LENTİ
27 İyun 2022
26 İyun 2022
25 İyun 2022
24 İyun 2022



200-ə yaxın soydaşımız Xarkovdan çıxarılır -RƏSMİ
HÜQUQ 10:58 / 02.03.2022

"İndilərdə Xarkovdan qatar Lvov şəhərinə yola çıxır və 200-ə yaxın soydaşımız günorta saatlarına şəhərə çatacaq”.

Bunu Oxu.Az-a açıqlamasında İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli bildirib.

O deyib ki, ötən gün təxminən 400 azərbaycanlı Lvov şəhərinə təxliyə olunub:

"Bu gün başqa bir qatarın da Xarkovdan çıxması gözlənilir. Kimlər Xarkovdan çıxmaq istəyirsə, bizə müraciət etsinlər”.

S.Adıgözəlli qeyd edib ki, bu gün Kiyev şəhərindən də azərbaycanlıların təxliyəsi olacaq.

Qeyd edək ki, müharibə ilə bağlı vətəndaşlarımız müxtəlif yollarla Ukraynadan çıxarılır və Azərbaycana gətirilir.


2734 oxunub

InvestAZ