XƏBƏR LENTİ
09 Avqust 2022
08 Avqust 2022



“Düşmən”in diversiya-kəşfiyyat qrupu zərərsizləşdirildi
HÜQUQ 13:14 / 01.03.2022

Döyüş hazırlığı planına əsasən, hərbi hissədə taktiki təlim keçirilib.

Bu barədə Yenisəs.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Təlimin senarisinə uyğun olaraq bölmələr ərazidə müxtəlif üsullarla taktiki yerdəyişmə, mühafizə və axtarış əməliyyatları, şərti düşmənin diversiya-kəşfiyyat qrupunun aşkar edilərək zərərsizləşdirilməsi və digər tapşırıqları uğurla yerinə yetiriblər.

Taktiki təlimlərin keçirilməsində əsas məqsəd bölmələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanılması və hərbi qulluqçuların praktiki vərdişlərinin təkmilləşdirilməsidir.(axar.az)


3694 oxunub

InvestAZ