XƏBƏR LENTİ
27 İyun 2022
26 İyun 2022
25 İyun 2022
24 İyun 2022



Eldəniz Səlimovun deputatlığı bitdi
HÜQUQ 14:53 / 28.02.2022

Milli Məclisin həbsdə olan deputatı Eldəniz Səlimovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti təmin edilməyib.

Yenisəs.az bildi ki, bu barədə qərar Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Məhəmmədəli Rzayevin sədrliyi ilə keçirilən keçirilən prosesdə elan olunub.

Beləliklə, Eldəniz Səlimovun Milli Məclisin deputatı mandatına xitam verilib.

Qeyd edək ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, deputata 3 il 6 ay müddətinə hökm oxunub. Konstitusiyanın 89-cu maddəsinə əsasən, cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda Milli Məclisinin deputatı mandatından məhrum edilir.


5419 oxunub

InvestAZ