XƏBƏR LENTİ
12 Avqust 2022
11 Avqust 2022



DİN məktəbdəki qətllə bağlı MƏLUMAT YAYDI
HÜQUQ 10:45 / 12.02.2022

Daxili İşlər Nazirliyi İsmayıllı rayonunda məktəbdə baş verən qətllə bağlı açıqlama yayıb.

Mətbuat xidmətindən   Yenisəs.az-a verilən məlumata görə, fevralın 11-də saat 9 radələrində Basqal qəsəbəsi ərazisində yerləşən tam orta məktəbin həyətində orada xadimə işləyən qəsəbə sakini Gülarə Qəhrəmanova öldürülüb.

İstintaq-əməliyyat tədbirləri ilə həmin məktəbin gözətçisi Bəxtiyar Əhmədlinin münaqişə zəminində G.Qəhrəmanovanı bıçaqla qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə B.Əhmədli şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

Faktla əlaqədar cinayət işi başlanılıb. İsmayıllı Rayon Prokurorluğunda araşdırma aparılır.


4446 oxunub

InvestAZ