XƏBƏR LENTİ
09 Avqust 2022
08 Avqust 2022



Kəlbəcərdə həlak olan baş leytenanta şəhid statusu veriləcək
HÜQUQ 22:11 / 31.01.2022

Kəlbəcərdə çovğun nəticəsində itkin düşərək həlak olan baş leytenant Bağırov Fuad Allahverdi oğluna şəhid statusu veriləcək.

APA-nın xəbərinə görə, qanunvericiliyə uyğun olaraq xidmət zamanı həlak olmuş Bağırov Fuad Allahverdi oğluna şəhid statusu veriləcək.

Məlumatı Müdafiə Nazirliyindən APA-ya təsdiq ediblər.

Qeyd edək ki, Kəlbəcər rayonu, Alagözlər kəndi yaxınlığında hava şəraitinin kəskin dəyişməsi ilə bağlı Azərbaycan ordusunun dörd hərbi qulluqçusu - baş leytenant Bağırov Fuad Allahverdi oğlu, MAHHXHQ kiçik çavuş Hüseynov Cavad Rauf oğlu, əsgər Hüseynov Maşallah Rövşən oğlu və əsgər Kərimov Yasin Yavər oğlu xidməti tapşırığını yerinə yetirən zaman ərazidə istiqaməti itirərək azıb.

Hərbi qulluqçularımızın tapılması məqsədilə şəxsi heyətin və xüsusi texnikanın cəlb olunması ilə keçirilən axtarışlar nəticəsində yanvarın 29-u səhər saatlarında kiçik çavuş C. Hüseynov, əsgər M. Hüseynov və əsgər Y. Kərimov tapılıb. Onlar hazırda Bakıda hərbi hospitala yerləşdirilərək həkim nəzarətinə götürülüb.

Yanvarın 31-i günorta saatlarında isə baş leytenant Fuad Bağırovun nəşi tapılıb.


7708 oxunub

InvestAZ