Başımın altına ümidi qoydum,
Dilimin altına batan səsimi...
Mən indi özümdən xoşbəxt görürəm -
Sənin yaddaşında yatan səsimi!
Yerlə göy arasın ölçüb baxıram
Xatirə danışan, xatırladan var...
Bu halda əvvələm, həm də axıram -
Gah günəş görünür, gah da yağır qar!
Təsəlli ummağın faydası da yox,
Yarılıb tay sinəm səngər sayağı...
Mənim həsrətimin gözləridi tox -
Yığılıb özünə əli, ayağı...
İndi baş altında üşüyən ümid,
Dil altda tərləyən səsə üşənir...
Bir anlıq sən məni ovudub kirit -
Ayağın altına adam döşənir...
8910 oxunub