Bu həyat yük - çiynimdə -
Yordu yaşamaq məni!
Bu qədər dərd əynimdə -
Yordu, daşımaq məni!..
Bu qədər söz və dilək ,
Çevrilib səssiz aha...
Bu qədər meh və külək...
Yoldu - gedir sabaha...
Bu qədər yalvarış və
Bu qədər bitməz dua ...
Ölüm, yoxsa olum nə? -
Səsim çatsın Allaha!
Bu qədərsiz qədərin,
İçində sən. bir də mən...
Sil gözümün kədərin -
Nə qədər ki, yerdəsən!
5648 oxunub