Açılr səhərin - o dəstəmazlı Dan yeri beləcə sökülür yəni...
Dilin dualıdı, günün Namazlı -
Bir azca Allaha yaxın tut məni!..
Sənin könül səsin Tanrı yanında,
Mələklik ruhunda, həm də canında!
Bu halal ömrünün hər bir anında -
Ocaq say, ya da bil , gülüm yurd məni!
Tanrı mərhəmətli, bəndə imanlı
Hər kəsin yolunun sonu limandı!
Ürəyim Allaha, Sənə inandı -
Özün bildiyin tək yu, qurut məni!
4969 oxunub