XƏBƏR LENTİ
16 May 2022
15 May 2022
14 May 2022
13 May 2022



Kəlbəcərdə yeni hərbi obyektlər istifadəyə verildi - VİDEO
MƏMLƏKƏT 09:49 / 22.01.2022

Müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov Kəlbəcər  rayonunda yeni istifadəyə verilən modul tipli infrastrukturla tanış olub.

Müdafiə Nazirliyindən   Yenisəs.az-a bildirilib ki, hərbi qulluqçuların bütün zəruri ehtiyaclarını təmin etmək məqsədilə yataqxana, yeməkxana, ərzaq anbarı, silah otağı, hamam-sanitar qovşağı mövcuddur. Ərazinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə generatorlar quraşdırılıb. 

General-leytenant N.Osmanov dövlət sərhədində sərt iqlim şəraitində döyüş növbətçiliyi aparan şəxsi heyətin maddi-texniki təminatı ilə maraqlanıb, onlara xidmətlərində uğurlar arzulayıb.

 


7160 oxunub

InvestAZ