XƏBƏR LENTİ
17 May 2022
16 May 2022



BİLİRSƏN Kİ - Əbülfət MƏDƏTOĞLU
Ədəbiyyat 22:32 / 18.01.2022
Gecikirəm sözümü
Deməyə, göyərtməyə...
Gücüm çatmır özümü -
Sükuta öyrətməyə!

Elə bil çildağdayam
Sükut qorxusu canda...
Qoymur içdən ağlayam -
Bu halımı, bu anda!

Ürəyimin üstündən
Basdığın közü götür...
Gözlərimin üzündən -
Asdığın sözü götür...

Bilirsən ki, bir yerdə
Bir mövzuda susmuram...
And içdiyim bir Pirdə -
Çəkdiyimdən küsmürəm!..



5280 oxunub

InvestAZ