XƏBƏR LENTİ
16 May 2022
15 May 2022
14 May 2022



Ərdoğan Azərbaycan Prezidentilə Ukrayna səfərinin yekunlarını müzakirə edəcək
SİYASƏT 20:33 / 18.01.2022

Yenisəs.az    Oxu.az-a   istinadla  xəbər  verir ki, Albaniya səfərindən qayıdan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə mediasının suallarını cavablandırıb.

Ukrayna ətrafındakı mövcud gərginliyə toxunan dövlət başçısı müharibənin arzuedilməz olduğunu bildirib.

Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkəyə rəsmi səfəri barədə də danışıb və onunla bu səfərin yekunlarını müzakirə edəcəyini deyib:

"Azərbaycan Prezidenti İlham Əliyev Ukraynada idi. İndi mənim cənab Əliyevlə söhbətim olacaq. Təbii ki, cənab Putinlə də bu məsələləri müzakirə etmək lazımdır. Çünki bu regionlar artıq müharibəni qəbul edə bilməz. Müharibə heç doğru da olmaz. Artıq müharibəni siyasət tarixindən silməliyik”, - deyə Türkiyə prezidenti bəyan edib.( Anadolu)


6062 oxunub

InvestAZ